Akademik Zərifə Əliyeva adına məktəb,Azərbaycan

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Перейти к: навигация, поиск

Akademik Zərifə Əliyeva adına məktəb

Tədris prosesi Məktəbimiz 15 sentyabr 2008-ci ildə fəaliyyətə başlayıb. Məqsədimiz hər bir şagirdi yüksək keyfiyyətli təhsillə təmin etməkdir.

Məktəbdə IX - XI sinif şagirdləri təhsil alırlar. 2008-2009-cu tədris ilində şagird kontingentini IX-X siniflər təşkil edir. Məktəbə qəbul imtahanlar yolu ilə həyata keçirilir. Fənn imtahanları ilə yanaşı, şagirdlər psixoloji testlər də verirlər.

Məktəbdə azərbaycan və rus bölmələrinin hər birində 9 sinif olmaqla 18 sinif var. Bunlardan 3 – ü X, 15-i isə IX siniflərdir. IX siniflər 3 təmayül üzrə komplektləşdirilmişdir:

- riyaziyyat-informatika - xarici dil - təbiət fənləri 10-cu siniflər I və II təhsil qrupları üzrə komlektləşdirilmişlər.

I və II yarımilin sonunda şagirdlər yekun imtahanı verirlər. Bundan başqa şagirdlərin əldə etdiyi biliklərin səviyyəsini yoxlamaq üçün noyabr və fevral aylarında aralıq imtahanları – Məktəbdaxili Qiymətləndirmə Testləri ( sonradan MQT ) keçirilir. Testlərə hazırlıq məqsədi ilə xüsusi seminarlar, məsləhət saatları təşkil edilir. MQT -nin nəticələrinə əsasən hər bir sinfin, fənnin, müəllimin, şagirdin müvəffəqiyyət faizləri hesablanır, reytinq cədvəlləri hazırlanır və yüksək bal toplamış 6 şagird təqaüdə layiq görülür.

Aprel və may aylarında məktəbimizdə şifahi imtahanlar silsiləsi keçirilir. Şagirdlər Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, biologiya kimi fənlərdən imtahanlar verirlər. Bundan başqa rus bölməsinin şagirdlərinin Azərbaycan dili fənnindən zaçot verməsi nəzərdə tutulur.

Məktəbimizin qapıları oxumaq və keyfiyyətli təhsil almaq istəyən hər bir kəs üçün açıqdır.

Персональные инструменты
Инструменты