Akademik Zərifə Əliyeva adına məktəb,Azərbaycan

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Перейти к: навигация, поиск

Akademik Zərifə Əliyeva adına məktəb

Tədris prosesi: Məktəbimiz 2008-ci il aprelin 28-də fəaliyyətə başlayıb. Tədris prosesi isə sentyabın 15 -dən etibarən başlamışdır. Məqsədimiz hər bir şagirdi yüksək keyfiyyətli təhsillə təmin etməkdir.

Məktəbdə IX - XI sinif şagirdləri təhsil ala bilər. 2008-2009-cu tədris ilində şagird kontingentini IX-X siniflər təşkil edir. Məktəbə qəbul imtahanlar yolu ilə həyata keçirilir. Fənn imtahanları ilə yanaşı, şagirdlər psixoloji testlər də verirlər.

Məktəbdə azərbaycan və rus bölmələrinin hər birində 9 sinif olmaqla 18 sinif var. Bunlardan 3 – ü X, 15-i isə IX siniflərdir. IX siniflər 3 təmayül üzrə komplektləşdirilmişdir:

- riyaziyyat-informatika - xarici dil - təbiət fənləri 10-cu siniflər I və II təhsil qrupları üzrə komlektləşdirilmişlər.

I və II yarımilin sonunda şagirdlər yekun imtahanı verirlər. Bundan başqa şagirdlərin əldə etdiyi biliklərin səviyyəsini yoxlamaq üçün noyabr və fevral aylarında aralıq imtahanları – Məktəbdaxili Qiymətləndirmə Testləri ( sonradan MQT ) keçirilir. Testlərə hazırlıq məqsədi ilə xüsusi seminarlar, məsləhət saatları təşkil edilir. MQT -nin nəticələrinə əsasən hər bir sinfin, fənnin, müəllimin, şagirdin müvəffəqiyyət faizləri hesablanır, reytinq cədvəlləri hazırlanır və yüksək bal toplamış 6 şagird təqaüdə layiq görülür.

Aprel və may aylarında məktəbimizdə şifahi imtahanlar silsiləsi keçirilir. Şagirdlər Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, biologiya kimi fənlərdən imtahanlar verirlər. Bundan başqa rus bölməsinin şagirdlərinin Azərbaycan dili fənnindən zaçot verməsi nəzərdə tutulur.İmtahanda pis nəticə göstərənlər məktəbdən xaric olunur.

Məktəbimizin qapıları oxumaq və keyfiyyətli təhsil almaq istəyən hər bir kəs üçün açıqdır.



Tədbirlər

15 Sentyabr - Bilik Günü Bu il bizim məktəb üçün çox əlamətdar oldu. Məktəb özünün həm ilk zəngini,həm də fəaliyyətə başladığı ilk günü təntənəli şəkildə qeyd etdi. Məktəb həm şagirdlər,həm də qonaqlar üçün öz qapılarını geniş açdı. 5 Oktyabr - Müəllim Günü 18 Oktyabr - Müstəqillik Günü 31 Oktyabr - “Hallowen” Şənliyi Məktəbdə “Hallowen” bayramı keçırıldı.Şagirdlər müxtəlif kostyum və maskalardan istifadə edərək,şənlikdə fəal iştirak etdilər.


12 Noyabr-Konstitusiya Günü 17 Noyabr-Dirçəliş Günü 12 Dekabr-Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının ildönümü Həmin gün ümummilli liderimiz Heydər Əliyevi vəfatının ildönümü münasibətilə məktəbdə anım günü kimi geyd olundu.

31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramıını müəllim və şagirdlər bir yerdə qeyd etdilər.Bu məktəbin bir yerdə keçirdiyi ilk bayram şənliyi idi. Biz mehriban ailəyik!

20 Yanvar - “Hüzn Günü” Məktəb Vətən uğrunda şəhid olanları unutmur,onların xatirəsini ehtiramla yad edir. Çünki onlar məhz gələcək nəslin xoşbəxt yaşaması üçün canlarını fəda etmişlər. Onlar heç zaman unudulmur!


2 Fevral – “ Gənclər Günü” Bu bayram münasibətilə məktəbin şagirdləri müxtəlif lahiyələr hazırlayıb,Azərbaycan gəncliyini sağlam və savadlı görməsini arzu etdilər.

26 Fevral – Xocalı soyqırımının ildönümü Tarixdə baş vermiş misli görünməmiş Xocalı faciəsi. Şagirdlərimiz bu günü də yad etməyi də unutmadılar.Xocalı facıəsinin 17-ci ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya,tədbir zamanı göstərilən videogörüntülər bizi tarixin dərslərini unutmamağa çağırdı.


28 May - Zərifə Əliyevanın ad günü Məktəbin açılışı və Zərifə Əliyevanın ad günü münasibəti iləm təntənəli tədbir keçirildi. Təhsil naziri Misir Mərdanov məktəbimizə qonaq gəldi.Müxtəlif tədbirlər keçirildi.

Персональные инструменты
Инструменты