Akademik Zərifə Əliyeva adına məktəb

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Перейти к: навигация, поиск

Akademik Zərifə Əliyeva adına məktəb Zərifə xanımın adını əbədiləşdirən məktəb 2008-ci ildən fəaliyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gəlişi - 2008-ci il aprelin 28-də akademik Z.Əliyeva adına məktəbin açılış mərasimi oldu.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbin açılışında şəxsən iştirak etmiş,məktəbin interyeri ilə tanış olmuş,sinif otaqlarını,fənn kabinetlərini gəzmış,öz dəyərli tövsiyələrini vermişdir.



Məktəbimizin 1 yaşı tamam oldu



Файл:Img01.jpg

28 aprel 2009 – cu il tarixində məktəbimizdə akademik Zərifə xanım Əliyevanın doğum günü və həmçinin məktəbimizin 1 yaşı ilə əlaqədar olaraq geniş tədbir keçirildi. Tədbirdən öncə məktəbimizin müəllim heyəti və fəxri qonaqlar Zərifə xanımın xatirəsini anmaq üçün Fəxri xiyabanı ziyarət etdilər. Tədbirə Təhsil naziri Misir Mərdanov, Rabitə və Texnologiyalar naziri Əli Abbasov və bir sıra respublikamızın digər mötəbər şəxsləri dəvət olunmuşdular. Tədbir məktəbimizin direktoru Məhəbbət xanımın çıxışı ilə açıq elan olundu . Tədbirdə Zərifə xanıma həsr olunmuş şeirlər söyləndi, video roliklər nümayiş etdirildi. Tədbir ərzində məktəbimizin müəllimlərinin Təhsil Nazirliyinin saytında (edu.gov.az) birbaşa yayımlanan Təhsil Nazirliyi və Rabitə və Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən sərbəst mövzulu innovativ dərsləri nümayiş etdirildi. Bu , respublikamızın təhsil sahəsində ilk təcrübə oldu və biz çox şadıq ki, həm müəllimlərimiz, həm də şagirdlərimiz bu təcrübədən müvəffəqiyyətlə çıxdılar. Tədbirin sonunda məktəbimizin rəsmi web saytı da təqdim olundu. Tədbir Təhsil nazirimiz Misir Mərdanovun çıxışı ilə başa çatdı. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra müəllim və şagird kollektivimiz məktəbin həyətində Zərifə xanım Əliyevanın şərəfinə ağac əkdi.

Персональные инструменты
Инструменты