Школа №189 Баку, Азербайджан-аз

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Перейти к: навигация, поиск

Азербайджан, г. Баку
Страница школы на русском языке

Содержание

Məktəbimizin tarixi

Ocağdan ocağa yol... Bakı. 19-cı əsrin axırı. Köhnə müsəlman məzarlığının yerində imperator III-cü Aleksandr tərəfindən Aleksandr Nevskiy kilsəsi ucaldırdı. O vaxtlar çox əzəmətli olan bu kilsə əsrlər keçdikcə öz möhtəşəmliyini qoruyacaq sanılırdı. Ancaq... Yer kürəsinin 1/6 hissəsini fırtınalar ile qərq edən inqilab dalğaları, Bakıda “Qızıllı Kilsə”-nidə ötüb keçə bilmədi. 1930- cu ildə kilsə yer ilə yeksan edildi və onun bünövrəsində sovet məktəbi tikildi... Yeqinki yeni hökumət “kommunizm qurucusunun” tərbiyəsi ücün uyğun olan başqa bir yer tapa bilmemişdi. “Yeni həyat qurucularının” gözlədiklərinin əksinə, müsəlman məzarlığında uyuyan əjdadlarımızın ruhlari, Allaha edilən dualarin eks-sədası, hər an bu qalın divarlardan kecib, yeni yetişən nəslin tərbiyyəsi ücün möhkəm bir təməl qoydu. Bu təməl üç dirək əsasında durur: SEVGİ, DOSTLUQ və SADİQLİK... Bu dirəklər Bakı şəhəri 189 saylı məktəbin büdrəməyən bünövrəsini təşkil edir.

Məktəbimiz bu gun

Bu gün məktəbimizdə əsas istiqamətlərdən biri – ingilis dilinin əsaslı tədrisi. Məhz bundan irəli qələrək, bizim şagirdlərimiz beynəlxalg olimpiada və müsabiqələrdə çox gözəl nəticələr görsədirlər. Müasir dövrdə İnformasiya Texnologiyaları tədrisdə geniş istifadə olunur. Bizim məktəbimizin informatika kabinetləri müasir kompyuterlər ilə təmin olunub, burada şagirdlərimiz kompyuterin koməyi ilə bilik və bacarığlarını artırırlar.

Ən-ənələrimiz

Ən-ənəvi olaraq,hər il məktəbimizdə “Gül Bayramı” kecirilir. Bu bayramın təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən goyulub və şagirdlərimiz milli rəmzlərimizi güllər ilə hazırlayır. Çoxlu tədbirlərimizin biridə bu mövzuda keçirilir: “Azərbaycanın təbiyyəti şagirdlərimizin gözü ilə”.


Yeniliklər

Dərs ili ərzində müxtəlif kafedralarımız tədbirlər keçirirlər. Buna misal olaraq, “Dünyada Rus Dili İLİ” çərçivəsində rus dili və ədəbiyyatı kafedrası Marina Çvetayevanın həyatına həsr edilmiş gecə keçirdi. Musiqili-ədəbi kompozisiya bu şairin həyat və yaradiciliğının bütün mərhələlərini əks etdirmişdi. Gecəni 8-10-cu sinif şagirdləri hazırlamışdı. Juridə Rus Səfirliyinin nümayəndəsi və Rus dilli məktəblər Assosiyasiyasının sədri L. T. Yakunina iştirak edirdilər. Onlar məktəbimizin müəllim və şagird kollektivinin əməyini çox yuksək qiymətləndirdilər. Yekun Puşkin Balında məktəbimiz diplom və DVD ilə mukafatlandırıldı...


Məktəbin fəallari

Летописи.ру layihələrində məktəbin iştirakı

Персональные инструменты
Инструменты