Участник:Ahmedli Zehra9a6

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Версия от 11:03, 26 мая 2009; Ahmedli Zehra9a6 (обсуждение | вклад)

(разн.) ← Предыдущая | Текущая версия (разн.) | Следующая → (разн.)
Перейти к: навигация, поиск

15 Sentyabr - Bilik Gunu Bu il bizim məktəb üçün çox əlamətdar oldu.Məktəb özünün həm ilk zəngini,həm də fəaliyyətə başladığı ilk günü təntənəli şəkildə qeyd etdi. Məktəb həm şagirdlər,həm də qonaqlar üçün öz qapılarını geniş açdı.

        15 sentyabr 2008-ci il... Məktəbimizdə tədrisə start verildi. 9-10-cu siniflər üzrə 350 şagird müasir təhsil standartlarına cavab verən bu gözəl məktəbdə təhsil almaq şansı qazandı. Elmin sirlərini şagirdlərə xüsusi seçimlə məktəbə qəbul olunmuş yüksək səviyyəli müəllimlər öyrədir.

Sevinirik ki, məktəbimiz göstərilən etimadı doğrultmağa çalışır və buna nail olmuşdur. Çünki, Bakının, bəlkə də respublikamızın ən qabaqcıl məktəbləri sırasında akademik Zərifə xanım Əliyeva adına məktəbin adı şərəflə çəkilir. Tədris prosesi Məktəbimiz 15 sentyabr 2008-ci ildə fəaliyyətə başlayıb. Məqsədimiz hər bir şagirdi yüksək keyfiyyətli təhsillə təmin etməkdir.

Məktəbdə IX - XI sinif şagirdləri təhsil alırlar. 2008-2009-cu tədris ilində şagird kontingentini IX-X siniflər təşkil edir. Məktəbə qəbul imtahanlar yolu ilə həyata keçirilir. Fənn imtahanları ilə yanaşı, şagirdlər psixoloji testlər də verirlər.

Məktəbdə azərbaycan və rus bölmələrinin hər birində 9 sinif olmaqla 18 sinif var. Bunlardan 3 – ü X, 15-i isə IX siniflərdir. IX siniflər 3 təmayül üzrə komplektləşdirilmişdir:

- riyaziyyat-informatika - xarici dil - təbiət fənləri 10-cu siniflər I və II təhsil qrupları üzrə komlektləşdirilmişlər.

I və II yarımilin sonunda şagirdlər yekun imtahanı verirlər. Bundan başqa şagirdlərin əldə etdiyi biliklərin səviyyəsini yoxlamaq üçün noyabr və fevral aylarında aralıq imtahanları – Məktəbdaxili Qiymətləndirmə Testləri ( sonradan MQT ) keçirilir. Testlərə hazırlıq məqsədi ilə xüsusi seminarlar, məsləhət saatları təşkil edilir. MQT -nin nəticələrinə əsasən hər bir sinfin, fənnin, müəllimin, şagirdin müvəffəqiyyət faizləri hesablanır, reytinq cədvəlləri hazırlanır və yüksək bal toplamış 6 şagird təqaüdə layiq görülür.

Aprel və may aylarında məktəbimizdə şifahi imtahanlar silsiləsi keçirilir. Şagirdlər Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, biologiya kimi fənlərdən imtahanlar verirlər. Bundan başqa rus bölməsinin şagirdlərinin Azərbaycan dili fənnindən zaçot verməsi nəzərdə tutulur.

Məktəbimizin qapıları oxumaq və keyfiyyətli təhsil almaq istəyən hər bir kəs üçün açıqdır. Qəbul haqqında Məktəbə qəbul müsabiqə yolu ilə keçirilir. Müsabiqədə hazırda ümumtəsil məktəblərinin, litsey və gimnaziyaların Azərbaycan və rus bölmələrinin 8-ci sinfində təhsil alan şagirdlər iştirak edə bilər.

Məktəbdə tədris aşağıdakı təmayüllər üzrə təşkil edilmişdir:

Riyaziyyat-informatika Xarici dil Təbiət fənləri Tələb olunan sənədlər:

doğum haqqında şəhadətnamənin əsli və surəti; 4 ədəd 3x4 ölçüdə fotoşəkil; qiymət cədvəlləri (7-8-ci siniflər üzrə); ərizə Sənədləri təqdim edərkən qəbul komissiyası şagirdlərdən müsahibə alır. Müsabiqə 17 May 2009-cu il tarixində saat 10:00-da keçiriləcək. Müsabiqəyə yaxşı və əla qiymətlərlə oxuyan, təhsilə böyük maraq göstərən şagirdlər qoşula bilər. Müsabiqədə şagirdlər aşağıdakı fənlər üzrə imtahan verəcəklər:

Azərbaycan (rus) dili Riyaziyyat İngilis dili Fizika Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyindədir. Məktəbdə yalnız 9-11-ci siniflər təhsil alır. Təhsil ödənişsizdir.

İmtana hazırlaşmaq üçün tələb olan mövzular:

Riyaziyyat fənni üzrə mövzular. Fizika fənni üzrə mövzular.


DİQQƏT!!!


Qəbul imtahanlarının nəticələri Azərbaycan bölməsi Rus bölməsi

Персональные инструменты
Инструменты