Школа №27 г. Сумгаит, Азербайджан

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Перейти к: навигация, поиск

Название страницы должно быть на азербайджанском языке, если текст на азербайджанском! На этой странице надо продублировать текст на русском языке, чтобы все участники могли прочитать.



27-№li orta məktəb Sumqayıt şəhərində 6-cı mikrorayondada yerləşir. 1978-ci ildə istifadəyə verilmis və layihəyə görə 1960 sagird üçün nəzərdə tutulmuşdur. 1989-ci ildə bərabər olaraq iki yerə 27 və 37 №li orta məktəbə bölünmüşdur. Plana görə məktəb 980 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 2005/2006–cı tədris ilində məktəbdə 50 sinif fəliyyət göstərir və burada 1108 sagird təhsil alır. Onlardan Azərbaycan bölməsi 946 sagird (41 sinif), rus bölməsində isə 162 sagird (9 sinif). Məktəb iki növbəlidir: I növbədə 34 sinif, 869 sagird var, II növbədə isə 16 sinif, 340 sagird var. Məktəbin binası üç mərtəbəlidir. Məktəbin binasının texniki vəziyyəti qənaətbəxşdir. Son 3 ildə bu məktəbin sanitar-gigiyenik vəziyyətinin yaxşılaşdirlmasi sahəsində xeyli is görülmüsdür. 2003-cü il ildə 4200 kv.m. damı sinklənmiş dəmir şiferlə örtülmüsdür. 2005-ci ildə istilik sistemi bərpa olunmuş, müstəqil qazanxana tikilmiş və işə salınmışdır. Aprel 2003-cü ildə 27 №li məktəbdə “Harmoniya” adlı Amerika Birləşmiş Ştatlarının təşkilatı tərəfindən “İnternet-komputer mərkəzi” açılmışdır. Mərkəz “Dell” tipli 7 kompüter və həmçinin lazımi printerlə təchiz olunmuşdur. Mikrorayonun sakinləri və şagirdlərə iqtisadiyyat və biznesin başlanğıcı sahəsində bilik vermək, treninqlər keçirmək üçün bu mərkəzdə şərait yaradılıb. Məktəbin məktəbyanı sahəsi var. Bu sahəni mikrorayondan 800 metrik hasar ayırır. Məktəbyanı sahədə 320-yə yaxın ağac var. Keçən tədris ilində 50, bu tədris ilində isə 20 ağac əkilib. Şagirdlər tərəfindən məktəbyanı sahə həmişə abadlaşdırılır. Məktəbyanı sahədə 1 sadə (futbol meydançası) və 1 kompleks idman qurğusu (gimnastika şəhərciyi) var. Məktəbdə 36 kabinet (onlardan 9-u ibtidai sinifdir), bir idman zalı, yeməkxana və kitabxana, tibb otağı, stomotoloji kabinet var. Məktəbin kitabxanası lazımi avadanlıqlarla təmin olunub.. Kitavbxanada 12.589 nüsxə bədii ədəbiyyat, 16376 ədəd dərslik mövcuddur. Məktəbdə 1108 şagird, 102 müəllim var ki, onlardan 975 nəfər məktəb kitabxanasının daimi oxucularıdır. Son illər məktəbin kitabxanasına daxil olan 18 adda Ayna Uşaq Ensiklopediyası və latın qrafikalı bədii ədəbiyyat məktəb kollektivinin kitabxanaya daha çox cəlb olunmasına imkan yaratmışdır. Məktəb üzrə 8 dərnək fəaliyyət göstərir.

  1. ”Bacarıqlı əllər” – rəhbəri Novruzov Müzəffər
  2. ”Bədii qiraət” – rəhbəri Məmmədova Həqiqət
  3. ”Fizika“ – rəhbəri Məmmədov Alış
  4. ”Təsviri incəsənət “ – rəhbəri Yaqubov Telman
  5. ”Kimya” – rəhbəri Rəfiyeva Məhəbbət
  6. ”Biologiya” – rəhbəri Qasımova Sveta
  7. ”Riyaziyyat” – rəhbəri Sadıqov Paşa
  8. ”Xarici-dil” - rəhbəri Abdulvəliyeva Gülsem

--Novruzova Bayaz 00:33, 21 апреля 2008 (MSD)

Персональные инструменты
Инструменты